Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

RUSİYANIN “BİRİNCİ KANAL”INDA AZƏRBAYCANA QARŞI TƏXRİBAT -VİDEO

Rusiyanın “Birinci kanal”ı Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın Kəlbəcər rayonuna humanitar yüklərin daşınmasına dair süjet yayımlayıb.

Yenixeber.org: Süjetdə bildirilib ki, bölgəyə ümumilikdə 130 ton həcmində elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və tikinti materialları çatdırılıb. Bu yardımların regionda sosial obyektlərin və yaşayış evlərini işıq və su ilə təminatı üçün son dərəcə önəmli olduğu vurğulanıb.

Sonda isə aparıcının Rusiya sülhməramlı kontingentinin Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərində deyil, qondarma respublikanın ərazisində olduğunu bildirməsi isə kanalda ermənipərəst meyillərin güclü olduğuna işarə edir.

Rusiyanın “Birinci kanal”ının efirində  təxribatçı ifadələrin səslənməsi sözügedən kanalın erməni lobbisinin təsiri altında fəaliyyət göstərməsinin sübutudur.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olduğunu bəyan edib. Lakin görünür, Rusiya mediasında ermənipərəst qüvvələrin təsiri KİV-i ölkənin rəsmi mövqeyinə zidd ifadələr səsləndirməyə sövq edir.

İTV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam