Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUSİYANIN BƏZİ TELEKANALLARINDA ERMƏNİ TƏBLİĞATI... –Kabel televiziyalarının paketləri nəzarətə götürülməlidir

Azərbaycanın bütün resursları düşmən üzərində qəti qələbəyə səfərbər edilir. Ölkədə hərbi vəziyyət elan olunub, Prezident qismən səfərbərlik haqqında sərəncam verib. Habelə cəmiyyətdə çaşdırıcı, yalan, təxribat məqsədli informasiyaların yayılmaması üçün sosial şəbəkələrin fəaliyyəti bloklanıb. Habelə düşmənə məxsus internet resurslarına, bəzi xarici ölkələrdəki təxribatçı informasiya kanallarına da giriş əngəllənib.

Yenixeber.org: Amma bu sahədə müəyyən boşluqlar, hələ də var. Xüsusən, Rusiyanın ermənipərəst telekanallarının Azərbaycanın efir məkanında yayımları davam edir.

Çox təəssüf ki, ölkədə fəaliyyət göstərən kabel televiziyaları onları hələ də paketlərindən çıxarmaq haqqında düşünmürlər.

Məsələn, AMEA prezidenti Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olduğu bildirilən “Ailə TV”, “KTV” şirkətlərinin kanal siyahılarının əsas hissəsini Rusiya telekanalları tutur.

Sözügedən şəbəkələr vasitəsi ilə Azərbaycanda translyasiya olunan Rusiyanın birinci kanalında (KANAL 1) dunənki siyasi tok-şoularda açıq-aşkar Ermənistanın mövqeyini müdafiə edən, Azərbaycanı günahkar çıxarmağa çalışan təbliğat aparılıb.

 

 

Cəbhə xəttindən yayımlanan xəbərləri birtərəfli, erməni mənbələrinə istinadən verilməklə yanaşı, ermənipərəst ekspertlərin iştirakı ilə keçirilən müzakirələrdə Azərbaycana qarşı düşmən mövqedə dayanan təbliğat aparılır.

Kabel televiziyalarının Azərbaycanda da yayımlanan bu cür telekanalların təxribatçı çıxışlarla müşahidə olunan verilişlərin diqqətdən kənarda saxlanılması yolverilməzdir. Belə verilişlər zamanı telekanalın efiri dondurulmalıdır.

Onu da xatırladaq ki, “Ailə TV”, “KTV 1” şirkətlərinin siyahısında çox az sayda Türkiyə televiziyası var. Balans birmənalı şəkildə Rusiya kanallarının xeyrinə pozulub. Bunu Azərbaycanda tamaşaçı auditoriyasının tələbi ilə izah etmək cəhdləri tamamilə absurddur. Hər halda müvafiq dövlət qurumlarında həmin informasiya resurslarının reytinqilə bağlı müfəssəl məlumatlar olmamış olmaz.

Qeyd edək ki, Rusiyanın “Ria Novosti”, “TASS”, “İnterfaks” agentlikləri də vaxtaşırı qərəzli, birtərəfli qaydada erməni mənbələrinin informasiyalarını tirajlayır.

Ümid etmək olar ki, qısa müddətdə Azərbaycanın milli maraqlarına zidd olan bu kanalların ölkə ərazisində təxribatçı fəaliyyəti dayandırılacaq və buna şərait yaradan yerli şirkətlər ciddi şəkildə cəzalandırılacaqlar.

(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam