Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Yoluxmaların artması gözlənilən idi” -Baş həkim

“Yoluxmaların artması gözlənilən idi” -  Baş həkim
Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Ölkəmizdə gündəlik yoluxma sayı yenidən 400-ü keçib. Yoluxmaların artması karantin rejiminin növbəti dəfə sərtləşdirilməsi məsələsini aktuallaşdırıb.
Yenixeber.org: 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Tərlan Bəbirov  açıqlamasında bildirib ki, ölkədə karantin rejiminin sərtləşdirilməsini, qapanmaların olmamasını istəyiriksə, mütləq hamı vaksinasiyadan keçməlidir.

"Qadağaların tətbiq edilməməsi üçün hamı peyvənd olunmalıdır. Bu, gələcəkdə problemlərin olmaması, ağır xəstələrin, ölüm hallarının çoxalmaması üçün vacibdir. Vaksinasiya ilə bağlı şayiələr gəzir. Lakin bunlar hamısı yalandır, inanmaq lazım deyil".

T.Bəbirovun sözlərinə görə, mağaza, restoran və məktəblərin açılması səbəbindən yoluxmaların artması gözlənilən idi: "Vaksinasiya işi sürətlə getməlidir ki, insanlar yoluxmasın. Son günlər artımın olması təbiidir. Lakin biz vaksinasiya ilə bunu önləməliyik. Gecikmək olmaz. Əhali arasında maarifləndirmə vacibdir. Bizim həkimlər maarifləndirmə aparır, amma bu iş daha da sürətlənməlidir".

Xəstəxanada peyvənd mərkəzlərinin bayram günləri də açıq olacağını deyən baş həkim hər kəsi vaksinasiyaya dəvət edib.

"Bizim xəstəxanada bu günə qədər 1000-ə yaxın şəxs vaksinasiya olunub. Bura tibb işçiləri, 50 və 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası daxildir. Müraciət edənlər çoxdur və hamını peyvənd etməyə çalışırıq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam