Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda -qonaq evləri şəbəkəsi yaradılacaq

Azərbaycanda qonaq evləri şəbəkəsi yaradılacaq

“Azərbaycanda böyük və kiçik həcmli qonaq evlərinə dəstəklə bağlı layihənin həyata keçirilməsi nəzərdə tutulur”.

Yenixeber.org: Bu barədə Dövlət Turizm Agentliyi yanında "Azərbaycan Turizm Bürosu"nun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmit deyib.

O bildirib ki, hazırda ölkədə təqribən 500-ə yaxın qonaq evləri fəaliyyət göstərir: “Koronavirus pandemiyası ilə əlaqədar qonaq evlərinə tələb artıb. Qonaq evlərinə dəstəyin hansı formada həyata keçirilməsi, onların infrastrukturları, sanitariya məsələləri və digər məsələlər ilə bağlı araşdırma aparılır”

F.Zenqstşmit vurğulayıb ki, layihə çərçivəsində qonaq evləri şəbəkəsinin qurulması nəzərdə tutulur: “Hal-hazırda qonaq evi şəbəkələri mövcud deyil. Məqsədimiz yalnız qonaq evləri üçün şəbəkə qurmaq deyil. Eyni zamanda, yerli rezervasiya (Booking) platforması yaradılacaq. Hazırda platformanın yaradılması ilə bağlı tender keçirilib. Bu platforma ilkin mərhələdə Azərbaycanda istifadə ediləcək. Azərbaycan vətəndaşları, ölkədə yaşayan xarici vətəndaşlar platformanın imkanlarından yararlana biləcəklər. Platformada hotellərin, qonaq evlərini rezervasiyasını həyata keçirmək mümkün olacaq. Həmçinin, platforma vasitəsilə B2B (ikitərəfli görüşlər), B2C ( ticarətdən istehlakçıya) görüşlərinin təşkili kimi məsələlər də mümkün olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam