Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Roma papası -İraqda ayətullah Əli Sistani ilə görüşüb

Roma papası İraqda ayətullah Əli Sistani ilə görüşüb

İraqda səfərdə olan Roma papası Fransisk Nəcəfdə bu ölkə şiələrinin ruhani lideri, böyük ayətullah Əli Əl Sistani ilə görüşüb.

Yenixeber.org: “AP” xəbər verir ki, tarixi görüşdən sonra Ə.Sistani ölkə xristianlarının qorunmasında yüksək rütbəli ruhanilərin rolunu qeyd edərək ölkədəki xristian icmasının sülh şəraitində yaşayacağını, bütün iraqlılarla bərabər hüquqlardan yararlanacaqlarını bildirib.

Həmçinin Vatikandan verilən açıqlamaya görə, papa Fransisk İraqın müasir tarixindəki mürəkkəb dövrlərdə “daha amansız təqiblərə məruz qalanlara arxa duraraq səslərini yüksəltdikləri üçün” böyük ayətullah Əl Sistaniyə və ölkənin bütün şiələrinə təşəkkür edib. Katolik kilsəsinin başçısı böyük ayətullahın sülh ismarıcının “insan həyatının müqəddəsliyini, İraq xalqının bütövlüyünün mühüm əhəmiyyətini” təsdiqi olaraq dəyərləndirib.

Tərəflər arasında görüşün mühüm məqsədi dinc birgə yaşayış haqqında bəyanat verərək müsəlmanları İraqın son vaxtlar təqib olunan xristian azlığına qarşı mehriban olmağa çağırmaqdır.

Qeyd edək ki, Roma papasının İraqa tarixdə ilk səfəri dünən başlayıb. Papa Fransisk yüksək rütbəli rəsmilərlə görüşlər keçirib. Ali qonağın səfərilə bağlı Nəcəf şəhərinə 25 minədək təhlükəsizlik qüvvələri əməkdaşı cəlb edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam