Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

 İrana səfər etməyin şərtləri-AÇIQLAMA

İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəyə səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdılar.

Yenixeber.org: İran İslam Respublikasının Bakıdakı Səfirliyindən verilən məlumata görə, bununla əlaqədar İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları əvvəlcə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan çıxış icazəsi əldə etməlidilər.

Daha sonra İranın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazəsi almalıdılar.

İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinin ünvanı:

"Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269”.

Telefonlar: +99412-433-03-11, +99412-434-19-76, +99412-434-03-40


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam