Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin -Türkiyədə görüşləri davam edir

Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyədə görüşləri davam edir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdədir. Səfər çərçivəsində əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədilə sahələr üzrə görüşlər keçirilir.

Yenixeber.org: Türkiyə ilə muzey sahəsində əməkdaşlığın inkişafı və genişləndirilməsi, muzey əşyalarının düzgün qorunması, elmi-tədqiqatı, muzey işçiləri arasında təcrübə mübadiləsinin yaradılması, muzeylərin maarifləndirici xüsusiyyətləri və təhsildə rolu, birgə sərgilərin təşkili məqsədilə Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri v.i.e Nərgiz Abdullayeva Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni Sərvətlər və Muzeylərin Baş müdir müavini Yəhya Coşqun, Rahmi M.Koç Muzeyləri, Anadolu Mədəniyyətlər Muzeyinin rəsmi nümayəndələri ilə işgüzar görüşlər keçirib. Görüşdə nəzəri və praktiki mübadilənin əhəmiyyəti vurğulanıb və hər iki ölkənin muzeyləri arasında təcrübə mübadiləsinin aparılması, birgə sərgilərin təşkil olunması ilə bağlı razılıq əldə edilib.

N.Abdullayevanın Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Anadolu Mədəniyyət Sahibkarlığı (Anadolu Kültürel Girişimcilik) şirkətinin nümayəndələri ilə də görüşü baş tutub.

Qeyd edək ki, Anadolu Kültürel Girişimcilik şirkəti Türkiyənin 180-dən artıq muzeyinin mağazalar şəbəsini özündə birləşdirir və bu muzey-mağazaların ticarət əlaqələrinin genişləndirilməsi işini uğurla həyata keçirən beynəlxalq şirkət hesab edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam