Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Bəzi ölkələrin lazım olandan 3-4 dəfə çox vaksin əldə etməsi ədalət prinsiplərinə ziddir” -RƏY

“Bəzi ölkələrin lazım olandan 3-4 dəfə çox vaksin əldə etməsi ədalət prinsiplərinə ziddir” - RƏY

“Dünyada koronavirus pandemiyasının davam etdiyi bir vaxtda bütün ölkələrdə diqqətlər vaksinasiya prosesinə yönəlib. Ölkəmizdə də bu işə başlanılıb. Sevindirici hal odur ki, Azərbaycan dünyada vaksinasiya prosesinə başlayan ilk ölkələr sırasındadır”.

Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, son günlərdə dünya ictimaiyyətini narahat edən və ölkəmizdə də getdikcə daha çox müzakirələrə səbəb olan dünyada vaksinasiya ilə bağlı ədalətsizliyin hökm sürməsi və artmasıdır:

“Hamıya məlumdur ki, COVAX layihəsi tərəfdarlarından biri olan Azərbaycan hökuməti də Prezident səviyyəsində bu layihəyə dəstək verən ilk ölkələrdəndir. Bildiyiniz kimi ötən ilin dekabrında Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsüylə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirildi. Azərbaycan Prezidentinin bu təşəbbüsünü 150-dən çox ölkə dəstəkləmişdi. Dövlətimizin başçısının orada səsləndirdiyi tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Çünki bu məsələ hər hansı bir ölkənin qapalı məsələsi deyil. Prezident İlham Əliyev bu məsələnin ümumbəşər məsələsi olduğunu qeyd etmişdi. Amma təəssüflər olsun ki, biz son günlərdə tamam başqa mənzərəni görürük. Bu, bu gün bizim ölkəmizdə hiss olunmasa da bəzi ölkələrin onlara lazım olandan 3-4 dəfə çox vaksin əldə etməsi, dünya əhalisinin 14 faizini təşkil edən inkişaf etmiş ölkələrin dünya vaksinlərinin 53 faizini sifariş etməsi və s münasibətlər böyük ölkələrin dilə gətirmiş olduğu insan haqları, ədalət prinsiplərinə tamamilə ziddir. İnanırıq ki, beynəlxalq təşkilatlar və onların nəzdindəki qurumlar bu məsələləri daha çox dilə gətirərək lazım olan addımları atacaqlar”.

“Azərbaycan hökuməti bu günə qədər bütün problemlərə baxmayaraq dünyada vaksinasiya prosesinə başlayan ilk ölkələr sırasındadır və inanıram ki, bundan sonra da vaksinasiya prosesini ən yükəsk səviyyədə həyata keçirən dövlət olaraq tarixə düşəcək. Bu işdə cəmiyyətin də hökumət və aiddiyatı qurumlarla ortaq hərəkəti gələcəkdə müsbət nəticələrin əldə edilməsinə öz töhfəsini verəcək”, - deputat bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam