Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü-DÜNYADA

                     Dünyada COVID-19 pandemiyasından ölənlərin sayı 2,5 milyon nəfəri ötüb.

Yenixeber.org: Bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, həmçinin KİV və başqa açıq mənbələrin statistikaları ilə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bakı vaxtı ilə saat 20:47-yə olan məlumata görə, dünyada COVID-19-dan ölüm hallarının sayı 2 500 770 olub. Dünyada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 112,6 milyonu ötüb.

Koronavirus pasiyentləri arasında ən yüksək ölüm sayı ABŞ-da qeydə alınıb – 506 mindən yuxarı.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam