Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Jirinovski hökuməti bu məmurlara qarşı mübarizəyə çağırdı

 

 Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirnovski ölkə sakinləri və məmurlar üçün çəki məhdudiyyətlərinin tətbiq edilməsini istəyir.

 Yenixeber.org: Bu barədə Jirnovski "Komsomolskaya Pravda" radiosunun efirində danışıb. Onun sözlərinə görə, dövlət artıq çəkili vətəndaşlara, onların müalicəsi və pəhrizi üçün çox pul xərcləmək məcburiyyətindədir.
"Bu zaman özünü normal hiss edən insanlar dövlətdən daha az pul alırlar. Mən hələ yeddi il əvvəl, 2014-cü ildə dedim ki, gəlin normanı 80 kiloqrama endirək".

Məmurlara gəlincə, Jirinovski onlar üçün 100 kiloqram çəki normasının tətbiqinin tərəfdarıdır.

"Bir məmurun çəkisi yüz kiloqram və artıq deyil, 120, 150 olarsa, ümumiyyətlə, bu nədir?" - deyə rusiyalı siyasətçi hiddətlənib. O, piylənmənin qarşısını almaq üçün hökuməti ruslara sağlam həyat tərzi ilə əlaqədar tövsiyələr verməyə dəvət edib.

Bundan əvvəl Jirinovski böyük şəhərlərdə gənclər üçün fahişəxana açmağın lazım olduğunu bildirmişdi. Onun fikrincə, bu şəkildə icazəsiz aksiyalarda iştirak edən subay gənclərin aqressivliyini iki-üç dəfə azaltmaq mümkündür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam