Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bu şirkət Bakı şəhər İcra Hakimiyyətinə -6,5 milyon manatlıq nəqliyyat vasitəsi satdı

Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi və Bakı şəhər Fəvvarələrin İstismar İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi “Az-Tex-İmort” MMC (VÖEN-2004502101) olub.
Yenixeber.org: “Az-Tex-İmort” MMC Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə bu quruma nəqliyyat və xüsusi texnikalar satacaq. 
“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi “Az-Tex-İmort” MMC-yə 754 manat 997 manat 4 qəpik, Fəvvarələrin İstismar İdarəsi isə  967 min 775 manat 82 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Az-Tex-İmort” MMC 19.07.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 226 min 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Telnov, ev 2347/48, m. 290-da yerləşir. Qanuni təmsilçisi İbadullayev Samir Sahib oğludur.
Samir İbadullayevin qanuni təmsilçisi olduğu daha bir şirkət 06.10.2016-cı il tarixində Nizami rayonu, Qara Qarayev, ev 66 m.25 ünvanda qeydiyyata alınan “Arletta” MMC-dir.
Qeyd edək ki, açıq internet resurslarda barəsində hət hansı bir məlumat olmayan “Az-Tex-İmort” MMC son bir neçə ay ərzində Bakı şəhər İcra Hakimiyyəti, “Bakubus” və Bakı Nəqliyyat Agentliyinin keçirdiyi çoxsaylı tender müsabiqələrinin qalibi olub.
“Az-Tex-İmort” MMC son bir neçə ayda
- “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə - 754 min 997 manat 4 qəpiklik,
-  Bakı şəhər Fəvvarələrin İstismar İdarəsinə (15.01.2021)  - 967 min 775 manat 82 qəpiklik,
- Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinə (10.02.2020)  - 945 min 180 manatlıq,
- Yaşıllaşdırma Təəsrrüfatı  Birliyinə (09.12.2020) - 717 min 773 manat 94 qəpiklik,
- Mənzil Kommunal Təsərrüfatı Birliyinə (04.01.2021) -  980 min 914 manatlıq,
- 3 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinə (12.01.2021) - 912 min 820 manatlıq,
- “Bakubus” MMC-yə (03.12.2020)  - 6 milyon 869 min 236 manat 83 qəpiklik,
- Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə (08.12.2020) - 158 min 120 manatlıq,
- “Bakubus” MMC-yə (01.12.2020)  - 2 milyon 888 min 493 manat 69 qəpiklik,
- Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə (05.02.2021) - 988 min 722 manatlıq,
- Bakı Nəqliyyat Agentliyinə (05.05.2020) -  294 min 900 manatlıq müxtəlif təyinatlı nəqliyyat vasitələri satıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam