Bu ölkə Xocalı soyqırımını tanıya bilər - MÜRACİƏT
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov və Ukrayna Ali Radasının deputatı, Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun sədr müavini Lyudmila Marçenko Ukrayna Ali Məclisinin sədri Dmitri Razumkov və xarici işlər naziri Dmitri Kulebaya Xocalı soyqırımının tanınması barədə müraciət ünvanlayıblar.
Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə faciənin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş veriyi, erməni silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərinə hücum etdikləri və hücum nəticəsində 613 dinc sakin, o cümlədən, 63 uşaq, 106 qadının qətlə yetirildiyi, 487 nəfərin şikəst edildiyi, 150 nəfərin itkin düşdüyü bildirilir:
“Əsasən yaşlı insanlar, uşaq və qadınlardan ibarət 1275 nəfər əsir götürüldü, onlara qarşı dəhşətli zorakılıq edildi və işgəncə verildi. 7 mindən çox əhalisi olan şəhər isə darmadağın edildi”.
Müraciət müəllifləri xüsusilə qeyd edirlər ki, Xocalı şəhərinin əhalisinə qarşı törədilən cinayətlərin xarakteri və miqyası birmənalı olaraq soyqırımların tanınmasının hüquqi əsasları göstərilən BMT Baş Assambleyasının 260 saylı Qətnaməsi ilə qəbul edilən “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın təsiri altına düşür. Azərbaycan Respublikasının parlamenti BMT, ATƏT, Avropa Şurası, AŞPA və başqa beynəlxalq təşkilatlara erməni şovinistləri və separatçıları tərəfindən törədilən faciənin azərbaycanlıların soyqırımı kimi tanınması barədə müraciət edib.
Müraciətdə deyilir ki, bir çox ölkələrin parlamentləri, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsinin bəşəriyyətə qarşı cinayət olması barədə bəyannamə qəbul ediblər.
Bütün bunları nəzərə alaraq, müraciət müəllifləri 26 fevral 1992-ci il Xocalıda baş verən hadisələrin qınanması və bu hadisənin azərbaycan əhalisinə qarşı törədilmiş soyqırım kimi tanınması məsələsinin Ukraynanın Ali Radasının plenar iclasında səsverməyə çıxarılmasını xahiş ediblər.