Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xocalı soyqırımına həsr olunmuş bu sənədli film böyük maraq doğurdu -VİDEO

 

 

 

Bu gün ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 28 ili tamam olur.

 Yenixeber.org: Axşam saatlarında bununla bağlı sosial şəbəkələrdə yayımlanan videoçarx izləyiciləri duyğulandırıb.

Videoçarx faciənin şahidi olan qadının fəryadından bəhs edir. Ailəsini və bütün qohumlarını itirən qadın nəslin Xocalı qətliamından qurtulan tək nümayəndəsidir. O, bütün həqiqətləri olduğu kimi, çılpaqlığı ilə danışır.

Videoçarx Bakı Media Mərkəzi tərəfindən Xocalı soyqırımının 28-ci ili münasibətilə hazırlanıb.

Video sosial şəbəkələrdə #JusticeForKhojaly həştəqi ilə paylaşılıb.

 

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri 366-cı motoatıcı alayın köməyilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Soyqırım zamanı 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam