Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

İran, Rusiya və Türkiyə bəyanat yayıb -Suriya ilə bağlı birgə

Rusiya, Türkiyə və İran Suriyanın İdlib bölgəsi ilə bağlı mövcud bütün razılaşmaların tam şəkildə həyata keçirilməsinin vacibliyi ilə bağlı razılaşıblar.

Yenixeber.org: TASS verdiyi xəbərə görə, bu barədə Suriya ilə bağlı Astana formatında keçirilən 15-ci iclasın sonunda qəbul olunan yekun bəyanatda bildirilib. 

“İdlib de-eskalasiya zonasındakı vəziyyəti ətraflı şəkildə araşdırdıq və İdliblə bağlı mövcud bütün razılaşmaları tam şəkildə həyata keçirərək sülhün bölgədə qorunmasının vacibliyini vurğuladıq”, – deyə ortaq bəyanatda qeyd olunub.

Rusiya, Türkiyə və İran Suriyanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq olduqlarını bəyan ediblər.

Yekun bəyanatda bildirilib ki, Rusiya, İran və Türkiyə Suriya münaqişəsinin hərbi həllinin olmadığına inanır və münaqişənin Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi çərçivəsində BMT-nin köməyi ilə və suriyalıların iştirakı ilə uzun müddətli siyasi həlli prosesini dəstəkləməyə sadiq qalır.

Ortaq bəyanatda bu ölkələr İsrailin Suriyaya hərbi hücumlarını qınayaraq bildiriblər ki, bu cür hücumlar beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa ziddir və Suriyanın, habelə regionun sabitliyini təhdid edir.

Bəyanatda qeyd olunub ki, İran, Rusiya və Türkiyə Suriyada İŞİD və “Cəbhə-əl-Nusra” terror qruplaşmalarının tamamilə aradan götürülməsi istiqamətində bu regionda terrorla mübarizədə əməkdaşlığı davam etdirəcəklər. Moskva, Ankara və Tehran Suriya neftinin satışından əldə olunan gəlirlərin qanunsuz ələ keçirilməsini pisləyib.

Bəyanatda Suriya Konstitusiya Komitəsi ilə bağlı da məqama toxunulub. Bildirilib ki, İran, Rusiya və Türkiyə bu Komitənin fəaliyyətinə kənardan müdaxilələri yanlış hesab edir. Tərəflər Suriya ilə bağlı Astana formatında keçiriləcək 16-cı iclasın 2021-ci ilin ortalarında Nur-Sultan şəhərində keçirmək barədə razılığa gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam