Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyana dəstək verən olmadı-FOTOLAR

 

Ermənistanda daxili siyasi gərginlik hər ötən gün daha da artır.

Yenixeber.org: Bu ölkədə müxalifətin iqtidar əleyhinə təşkil etdiyi mitinqlərə cavab olaraq baş nazir Nikol Paşinyanın tərəfdarları da aksiyalar keçirirlər. Belə aksiyalardan biri dünən Gümrüdə təşkil edilib. Lakin budəfəki mitinqdə Paşinyanın aktiv dəstəkçiləri gözə dəyməyib.

Deputat Naira Zohrabyan müqayisə üçün 2018-ci ildə təşkil edilən mitinqlə dünənki aksiyanın fotolarını paylaşaraq deyib ki, hər ikisi Gümrüdə Nikolun tərəfdarlarının keçirdiyi aksiya olsa da, artıq reallıq göz önündədir.

Həmçinin erməni KİV-lərində aksiyaya qoşulan Paşinyanın azsaylı tərəfdarlarının Yerevandan gətirilməsi barədə məlumatlar dolaşır. Jurnalistlər Nikolun saxta dəstəkçilərinin Gümrüdə toplanması üçün müəyyən adminstrativ tədbirlərdən istifadə edilməsinə dair faktlar əldə ediblər.

Yayılan fotolardan birində öndə gedən şəxsin başqa bir ərazidən olan Suren Torosyan adlı məmur olduğu və işçiləri ilə yanaşı addımladığı qeyd edilib. Bildirilib ki, xalqın Paşinyanı dəstəkləməsi ilə bağlı görüntü yaratmaq üçün digər ərazilərdə yaşayan vətəndaşlar da zorla Gümrüyə gətirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam