Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fransada şaxta səbəbi ilə -“narıncı” təhlükə səviyyəsi elan edilib

 

Fransalı sinoptiklər şaxta və buz yağışları səbəbindən ölkənin 17 departamentində hava təhlükəsinin sondan əvvəlki (“narıncı”) səviyyəsini elan edib.

Yenixeber.org: TASS xəbər verir ki, bu barədə “Meteo France” milli meteorologiya xidməti məlumat yayıb.

Meteoroloqların verdiyi məlumata görə, şənbə günü səhər saatlarında Strasburqda havanın tempraturu -7, Paris, Tur və Burjedə -4 dərəcəyə qədər düşüb. Gün ərzində isə Ob, Yonna, Yuxarı Marna və Kot d`Or departamentlərində havanın tempraturunun -2-0 dərəcə selsi olacağı gözlənilir. “Meteo France”dan qeyd ediblər ki, ölkənin bir çox bölgəsində aşağı temperatur bazar gününə qədər davam edəcək.

Bildirilib ki, bazar gününə keçən gecə Fransanın bəzi bölgələrində tempratur -14 dərəcə selsiyə qədər düşəcək, buz yağışları yağacaq. Vəziyyət fevralın 14-də də, demək olar ki, eyni qalacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam