Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Erməni deputat -Njdeyə faşist deyən nazir müavinini dəstəklədi

Erməni deputat Njdeyə faşist deyən nazir müavinini dəstəklədi
Xəbər verdiyimiz kimi, Ermənistanın təhsil və elm nazirinin müavini Janna Andreasyan ölkəsində qəhrəmanlaşdırılan cani Qaregin Njdenin təbliğatının aparılmasını faşizm adlandırıb. Onun sensasion açıqlaması Ermənistanda ciddi müzakirələrə səbəb olub. Artıq iki gündür ki, mövzu ətrafında kəskin polemikalar davam edir. Maraqlıdır ki, faşizmi dəstəkləyən ermənilər Andreasyanı tənqid atəşinə tutsalar da, onu dəstəkləyənlər də var.
Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, hakim “Mənim Adımım” fraksiyasından olan deputat Mariya Karapetyan sosial şəbəkə hesabında Njdeni faşist adlandıran nazir müavini Janna Andeasyana dəstək paylaşımı edib.

Deputatın paylaşımı erməniləri qəzəbləndirib

"Ermənilər şərhlərdə onun komandasının "soyqırımı macərasını" xatırladıblar. Qeyd ediblər ki, ən böyük soyğunçu xalqını, vətənini qarət edən Maria Karapetyanın siyasi komandası olub", -deyə erməni KİV-ləri yazıb.

Mariya Karapetyan isə Qaregin Njde adından istifadə edib nazir müavinini aşağılayan vətəndaşları qınadığını bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam