Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Erməniləri utandıran keçmişi-Faşizm

 

 

 

Müxtəlif ölkələrdə yaşayan ermənilər Ermənistanın ictimai-siyasi həyatında faşizmin təbliğ olunmasından ciddi narahatdırlar.

Yenixeber.org: İrəvanın mərkəzində Qaregin Njdenin abidəsinin ucaldılması erməni ictimaiyyətinin narahatlığına gətirib çıxarıb. Erməni saytı yazır ki, bu hal Rusiya mətbuatında da dəfələrlə kəskin şəkildə pislənilib. Ölkə xaricindəki ermənilər Qaregin Njdenin və Hayk Asatryanın qəhrəman kimi təqdim olunmasına qarşı çıxsalar da, Ermənistanda yaşayan ermənilər buna etiraz etməyə qorxurlar. Ermənistanın siyasi elitası bu yolla ölkəni faşist ideologiyasına malik dövlət kimi təqdim edir.

Məqalədə qeyd edilir ki, terror fəaliyyəti ilə məşğul olan Daşnaksütyun təşkilatı 1930-cu ildə Qaregin Njde və Hayk Asatryanın faşist fəaliyyəti ilə əvəz olunub. Hər iki erməni lider irqi və dini ayrı-seçkiliklə məşğul olan Tsegakron təşkilatını yaradıblar. Njde Tsegakron təşkilatının irqçi fəaliyyəti ilə bağlı 1932-ci ildə Bolqarıstanın “Hrovk” jurnalında çıxış edib. İkinci Dünya müharibəsinin əvvəlində erməni millətçi təşkilatlarının üzvləri hərbiləşdirilmiş kəşfiyyat və təxribat qrupları yaradaraq silahlı fəaliyyətə başlayıblar. Njdenin başçılıq etdiyi dəstələr bir çox terror aktları törədiblər. Terror əməli səbəbindən 1944-cü ildə Njde Bolqarıstanda həbs olunub. Keçmiş SSRİ-də məhkum həyatı yaşayan erməni terrorçu 1955-ci ildə Vladimir həbsxanasında ölüb. Bu gün isə faşizmin abidəsi Yerevanın mərkəzində ucaldılıb.

Yazıda, həmçinin qeyd edilir ki, Tsegakron təşkilatının ideologiyası Ermənistanın hakim Respublika partiyası tərəfindən qəbul olunub. Njde ilə bağlı nəşr olunan siyasi əsərlər Ermənistanda yaşayan gənclər arasında paylanılıb. Njdenin günahları sabiq prezident Levon Ter-Petrosyanın hakimiyyəti illərində gizlədilirdi, lakin o, Robert Köçəryan və Serj Sarkisyan tərəfindən qəhrəman kimi ictimailəşdirildi.

 

Məqalədə o da bildirilir ki, Ermənistan artıq monoetnik ölkəyə çevrilib. Bütün postsovet ölkələrində rusdilli təhsil ocaqlarının olmasına baxmayaraq, Ermənistanda bunun tam əksinə proseslər müşahidə edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam