Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Ordumuz məğlub oldu, nə xəyanət?” -Erməni deputat

“Ordumuz məğlub oldu, nə xəyanət?” -   Erməni deputat
Ermənistan parlamentində hakim "Mənim addımım" fraksiyasını təmsil edən deputat Vahe Qalumyanın yerli mətbuata verdiyi müsahibə ölkəsində narazılıqla qarşılanıb.

Yenixeber.org: Deputatın guya torpaqların (Qarabağ-red) "satılması" ilə bağlı ermənilər tərəfindən səsləndirilən fikilərə etirazı diqqət çəkib:
"Müharibə haqqında səslənən satqınlıq və ya xəyanət edilməsi fikirləri ilə razı deyiləm. Mən xəyanət ittihamının tamamilə əsassız olduğunu düşünürəm. Ordu məğlub oldu, nə xəyanət?".

Deputat qeyd edib ki, məğlubiyyətdə yalnız ordu günahkar sayılır. Məsələlərə bir az qlobal yanaşacaqları təqdirdə isə, ümumiyyətlə müharibəni xalq olaraq birlikdə uduzublar.

Qalumyan döyüşlərdən sonra itirən tərəfin yalnız iqtidar yox, müxalifət də olduğunu diqqətə çatdırıb. O, jurnalistin "Məğlub olan hökumət getməməlidirmi?" sualına "Əlbəttə, getməməlidir" deyərək cavab verib.

"Xalq da uduzdu. Hər halda, birlikdə itirdik. İnsanlar niyə müharibədə iştirak etmədilər? Əlbəttə, səhvlərimiz var, onlardan qaçmırıq. Ancaq səhvlərə görə iki illik hökuməti günahlandırmağa razı deyiləm".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam