Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ANAMA -loqosunu dəyişdirəcək

ANAMA loqosunu dəyişdirəcək

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli 1251 saylı fərmanı ilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb və Agentliyin Nizamnaməsində yeni loqotipin hazırlanması nəzərdə tutulub.

Yenixeber.org: Agentlikdən verilən məlumata görə, agentlik Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, onların müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərir.

Yeni loqotipin dizaynı Agentliyin fəaliyyətini, strategiya və missiyasına dair elementləri özündə əks etdirməli, sadə və müasir dizaynda tərtib edilməli, eyni zamanda rəngli və konseptual görünüşlü olmalıdır.

Müsabiqədə bu günədək istifadə olunmayan və mövcud loqoların elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.

Yeni loqotipin dizaynı üzrə seçilən qalib Agentliyin sertifikatı və hədiyyə ilə təltif olunacaqdır.

Layihə təkliflərini 01 mart 2021-ci ilin tarixinədək [email protected] elektron poçt ünvanına və ya ANAMA-nın Baş Qərargahına (Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi 260, 5-ci mərtəbə) təqdim edə bilərsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam