Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Bu Məhkəmə ABŞ-ın iddiasını rədd edib

BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ın iddiasını rədd edərək, Birləşmiş Ştatların İranın kənd təsərrüfatına və səhiyyə sisteminə qarşı tətbiq etdiyi sanksiyalarla bağlı məsələyə baxmaq səlahiyyətində olduğunu bildirib.
Yenixeber.org: 2019-cu ilin iyulunda Haaqa Məhkəməsi İranın iddiasını təmin edən qətnamə qəbul etmişdi. Qətnamədə bildirilirdi ki, ABŞ-ın İranın kənd təsərrüfatına və səhiyyə sisteminə qarşı tətbiq etdiyi sanksiyalar humanizmdən və insanpərvərlikdən uzaq olmaqla yanaşı, beynəlxalq qanunlara da ziddir. Məhkəmə ABŞ-ı göstərilən sahələrə tətbiq olunan sanksiyaları aradan qaldırmağa çağırmışdı. Lakin ABŞ-ın Ədliyyə Nazirliyi beynəlxalq məhkəmənin qərarı ilə razılaşmayaraq əks iddia irəli sürmüş və bildirmişdi ki, bu məsələ siyasi xarakter daşıyır. Çünki İrana qarşı sanksiya tətbiq etməklə ABŞ milli maraqlarını müdafiə edir. Ona görə də beynəlxalq məhkəmənin İranın iddiasına baxmaq və ABŞ əleyhinə qərar qəbul etmək səlahiyyəti yoxdur.

Siyasi və iqtisadi sahələrdə olduğu kimi, hüquqi müstəvidə də ABŞ və İran gərgin mübarizə aparır. ABŞ-ın Kolumbiya dairəsinin məhkəməsi 2012-ci ilin iyununda mətbuatda “Peterson və başqaları” adlı işə baxaraq, 1983-cü ildə ABŞ-ın Beyrutdakı hərbi bazasında törədilmiş terror aktına görə İranı ittiham etmişdi. Kolumbiya dairə məhkəməsinin qərarına görə, İranın ABŞ banklarında qalan aktivlərindən 8 milyard dollar müsadirə edilərək terrordan zərər çəkmiş hərbçilərin ailələrinə verilməli, habelə dövlətə dəyən ziyan ödənilməlidir.

Həmin vaxt Nyu-York şəhərinin cənub dairəsinin məhkəməsi də adekvat qərar qəbul edərək “City Bank”da İrana məxsus valyuta ehtiyatından 1 milyard 750 milyon dolların müsadirə edilməsinə nail olmuşdu. Hər iki məhkəmənin qərarı gecikdirilmədən icra edilmişdi.

Bütün bunlara etiraz edən İran Haaqa Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. İranın sanksiyalarla əlaqədar müraciətinə baxılsa da, pulların ABŞ məhkəmələri tərəfindən müsadirə edilməsi işi hələ də Haaqa Məhkəməsi tərəfindən araşdırılır. Bu işin başa çatmamasına baxmayaraq, İran beynəlxalq məhkəmədə ABŞ-a qarşı yeni iddia irəli sürdü və rəsmi Vaşinqtonu iki dövlət arasında 1955-ci ildə əməkdaşlıq haqqında müqaviləni pozmaqda ittiham etdi. Bu dəfə də ABŞ məsələnin siyasi xarakter daşıdığını və beynəlxalq məhkəmənin bu işi araşdırmaq səlahiyyətinin olmadığını bəyan etdi. Lakin qeyd etdiyimiz kimi, cari il fevralın 3-də Haaqa Məhkəməsi ABŞ Ədliyyə Nazirliyinin iddiasını rədd edərək işə baxmaq səlahiyyətinə malik olduğunu bildirib.

İran Haaqa Məhkəməsinə müraciətində onu da nəzərə çatdırıb ki, ABŞ məhkəmələrinin qərarları beynəlxalq qanunlara ziddir. Hər hansi milli məhkəmənin qərarı ilə beynəlxalq səviyyəli mübahisə həll edilə bilməz. Dövlətlər arasında yaranan mübahisələr daxili məhkəmənin deyil, beynəlxalq məhkəmənin qərarı ilə həll edilməlidir. (AzərTAc)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam