Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
Günün xəbəri

Beynəlxalq Məhkəmə ABŞ-a qarşı İranı müdafiə etdi

   

Beynəlxalq Məhkəmə ABŞ-a qarşı İranı müdafiə etdi
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ın İrana qarşı tətbiq etdiyi bir sıra sanksiyaların ləğvini nəzərdə tutan ilkin qərar çıxarıb. Qərar hakimlərin hamısı tərəfindən yekdilliklə qəbul olunub.
 Yenixeber.org: Beynəlxalq Məhkəmənin çıxardığı qərara əsasən, ABŞ-ın üzərinə bir neçə məsuliyyət və öhdəlik qoyulur. Qeyd olunur ki, Vaşinqton Tehranla imzaladığı 1955-ci il müqaviləsinə uyğun olaraq, 2018-ci ilin 8 mayından sonra İrana qarşı tətbiq etdiyi bir sıra sanksiyalarının qüvvəsini dayandırmalıdır.

ABŞ-ın sanksiyaları humanitar yardım məqsədilə İran ərazisinə dərmanlar, tibbi avadanlıqlar, qida məhsulları və kənd-təsərrüfatı mallarının, o cümlədən, mülki aviasiyanın təhlükəsizliyi üçün tələb olunan xidmət və avadanlıqların ixracına əngəl yaratmamalıdır”, – deyə məhkəmənin qərarında əks olunub. 

Vurğulanıb ki, tərəflər bundan sonra aralarındakı gərginliyi artıracaq hərəkətlərdən çəkinməlidirlər. Həmçinin, məhkəmə prosesinin sonunadək İranın zərər görməsinin qarşısının alınması üçün tədbirlərin vacibliyini bildirib. Amma İranın ABŞ-a qarşı iddiası üzrə məhkəmə prosesinin tam yekunlaşması 1-2 il vaxt aparacaq. 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif məhkəmənin bu qərarını qanunun aliliyinin zəfər çalması və ABŞ administrasiyasının növbəti uğursuzluğu kimi qiymətləndirib. 

Lakin BMT-nin Beynəlxalq Məhkəməsi dövlətlər arasındakı mübahisələrin həllilə məşğul olmasına baxmayaraq, çıxarılan qərarların məcburi icra mexanizminə sahib deyil. ABŞ və İran bundan əvvəl bir-birilərinə qarşı şikayətlərində Beynəlxalq Məhkəmənin çıxardığı bir sıra qərarlara asanlıqla məhəl qoymayıblar. 

Qeyd edək ki, rəsmi Tehran 8 mayda nüvə sazişindən çıxaraq ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsini iki ölkə arasında imzalanmış 1955-ci il dostluq haqqında müqavilənin müddəalarını pozduğunu iddia edir və məhkəmə prosesi bitənədək sanksiyaların dayandırlımasını tələb edir. Vaşinqton isə bildirir ki, həmin müqavilənin bəndləri hər iki tərəfdən çoxdan pozulub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam