Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Yalan maşını” Ovannisyandan müharibə etirafları: -Azərbaycan gözlədiyimiz kimi...

“Yalan maşını” Ovannisyandan müharibə etirafları: Azərbaycan gözlədiyimiz kimi...

İllərdir danışdığım və yazdığım problemlərə görə məğlub olduq.

Yenixeber.org: Bunu Ermənistan Müdafiə Nazirliyinin sabiq sözçüsü Artsrun Ovannisyan “Sputnik Ermənistan”a müsahibəsində deyib.

Müharibə dövründə təbliğatın rolu, ona qarşı ittihamlar və tənqidlər, ordunun silahları və hərbi texnikaları və bir çox şey haqqında danışan A.Ovannisyan bildirib ki, 44 günlük müharibə zamanı ölkədə sərt tənqid obyektinə çevrilməsinin siyasi səbəbləri vardı: “Siyasi məsələləri həll etmək üçün məndən istifadə etdilər, amma mən siyasətdən uzağam”.

O, döyüşlər əsnasında apardığı yalan informasiya siyasətini belə izah edib: “Müharibə zamanı başqa cür olmur. Səhvlər, təsdiqlənmiş və ya təsdiqlənməmiş məlumatlar vardı. Ancaq təbliğat insanların əhval-ruhiyyəsini yüksək saxlamaq üçün idi. Müharibə zamanı dostlarımı, qohumlarımı, kürəkənimi itirdim. Ancaq ittihamlar son dərəcə absurd səslənir. Nə vaxtsa silahlı qüvvələr sıralarından ayrıldığımda müharibənin tam həqiqətinin nəyə gətirib çıxardığını faktlarla izah edəcəm”.

A. Ovannisyan özünü günahkar hiss etdiyini bildirib: “Hər gün özümlə müharibə vəziyyətindəyəm, kabus görürəm... Bir vaxtlar ordunun quruluşu, silahları, taktikaları, yeni nəslin müharibələri ilə bağlı təkliflər təqdim etdim, amma tam həyata keçirilməsinə nail ola bilmədim. 2007-ci ildən bəri hava üstünlüyü, qırıcılar, pilotsuz təyyarələr, dəqiq zərbə silahları, onların avtomatik idarəetmə sistemləri haqqında danışırdım, ancaq ordumuzda tətbiq edə bilmədik. Buna görə də məğlub olduq. Su-30 qırıcıları haqqında hələ 2010-cu ildə yazmışdım. 2015-ci ildə əldə edilməsi üçün silah və hərbi texnika proqramı tətbiq olundu, lakin sonra bilinməyən səbəbdən ləğv edildi. Azərbaycan qoşunları təsvir etdiyim kimi bizə qarşı vuruşdu. Silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyan da belə bir müharibənin nüanslarını çox yaxşı bilirdi, hətta kitabımın ikinci cildinə rəy yazmışdı, ancaq özünün də orduda bu istiqamətdə islahatlar aparmağa vaxtı və imkanı yox idi”.

Qeyd edək ki, A.Ovannisyan 44 günlük müharibə ərzində üçtərəfli bəyanat imzalanana qədər Ermənistan ictimaiyyətinə yalan informasiyalar ötürür, müharibədə qalib gəldiklərini, Azərbaycan ordusunun minlərlə texnika və hərbi qulluqçu itkisinin olduğunu, heç bir ərazinin itirilmədiyini və bütün bunlar ətrafında çıxan məlumatların dezinformasiya olduğunu deyirdi. Lakin Azərbaycanın qələbəsi elan edildikdən sonra Ovannisyanın yalan danışaraq xalqı aldatdığı ortaya çıxdı və o, getdiyi hər yerdə hücumlara məruz qaldı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam