Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rəhbərliyinə ŞOK İTTİHAM -"500 000 manatı açıqca talayırlar..."

 

 

 
 "Ey vətənsevərlər! Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında dərəbəyliyin baş alıb getməsi barədə yazdım, oxudunuz, ya oxumadınız, yan keçdiniz. Vətən uğrunda ömür çürüdənlər üçün birlik ortamı olan bu təşkilatın taleyinə biganə qaldınız, rəy bildirmədiniz, etina etmədiniz".
Yenixeber.org: “Konflikt Jurnalistikası Məktəbi”-nin rəhbəri, BDU-nun Beynəlxalq Jurnalistika Kafedrasının doktorantı Əlisəfa Mehdiyev özünün sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rəhbərliyinə ŞOK İTTİHAM

Daha sonra Ə.Mehdiyev yazır: "Vətən savaşının sevincini yaşadığımız bu həssas zamanda 97 yaşlı general-polkovnik Tofiq Ağahüseynovun iş qabiliyyətinin demək olar ki yararsız olduğu durumda onun nəvəsi və yaxınları dövlətin bu təşkilata ayırdığı 500 000 manatı açıqca talayırlar. Hətta bu pandemiya dövründə işçiləri də amansızcasına işdən qovub, büdcəni yeyirlər.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rəhbərliyinə ŞOK İTTİHAM

Yaxın vaxtlarda müharibə veteranlarının ümumi sayı 200 minə çatacaq. Bu təşkilat böyük bir veteran ordunun sosial fəaliyyət, gənc nəslin ideoloji tərbiyəsi və ehtiyacı olanların yardım meydanı olacaq. Bunun üçün indi orada toplanmış möhtəkirlərin qovulması, sağlam zabitlərin idarəçiliyə gətirilməsi məqamıdır.
Lütfən, bu problemin həlli üçün səsinizi çıxardın, fikrinizi bildirin!

Bu təşkilat hamınındır, təkcə General T. Ağahüseynovun törəyinin deyil!"

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam