Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda siqaretin qiyməti hələ də ucuzdur - ÜST

Azərbaycanda tütünçəkmə ilə mübarizədə bir çox işlər görülüb, amma ölkədə siqaretin qiyməti hələ də ucuzdur, buna görə də hazırda bu istiqamətdə işlər aparılır.

Yenixeber.org: Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizəfə potensialın artırılması" mövzusunda seminarda deyib.

Onun sözlərinə görə, Azərbaycanda tütünçəkmə ilə mübarizə üzrə çox yaxşı qanun qəbul edilib: "Qanunun qəbulu əsas olsa da, onun icra mexanizminin tətbiqi daha vacibdir. Hazırda bununla bağlı sıxıntılar var".

H.Harmancı əlavə edib ki, Azərbaycan hökuməti ilə ÜST arasında bağlanan növbəti əməkdaşlıq müqaviləsinin müddəti bu il bitir. Buna görə də bu il Azərbaycan hökuməti ilə növbəti iki il - 2020-2021-ci illər üçün əməkdaşlıq müqaviləsi imzalanacaq.

ÜST rəsmisi yeni müqavilədə də qeyri-yoluxucu xəstəliklərə nəzarət, ana və uşaq sağlamlığının qorunması istiqamətlərinin əməkdaşlıqda əsas prioritet olacağını söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam