Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Vətən Müharibəsi iştirakçısı:"Döyüşlərə girdiyimiz halda, hərbi biletimizə yazılıb ki..." - FOTO

"Biz Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdiyimiz halda bizim hərbi biletlərimizə yazılıb ki, Zəngilan, Xocavənd və Qubadlının müdafiə və mühafizəsində iştirak ediblər".
Yenixeber.org: Bu sözləri saytımıza müraciət edən Vətən Müharibəsi iştirakçısı Cavadov Orucəli deyib. O, bildirib ki, daha sonra hərbi hissə komandiri, məsələnin öz həllini tapacağı ilə bağlı vəd versə də, buna əməl etməyib:
"Biz 38 nəfər - minaatan batareyasının əsgərləri kimi Xocavənd rayonunun Dolanlar kəndində döyüşə girmişik. Bununla bağlı hərbi hissə komandirinə müraciət etdik. Bizə bildirdi ki, korpus komandirinin əmri ilə hər kəsin hərbi biletinə “müdafiə və mühafizədə iştirak edib” yazılacaq. Amma sonradan öyrəndik ki, bizim hərbi hissədə döyüşlərdə iştirak etməyən, arxa cəbhənin bəzi əsgərlərinin hərbi biletlərinə “müharibə iştirakçısı” yazılıb. Biz yenidən telefon vasitəsilə hərbi hissə komandiri ilə əlaqə saxladıq. O isə bizə bildirdi ki, 2 gün ərzində gəlin, dəyişək. Biz 2 gün sonra getdik, həmin hərbi hissə komandiri qaçıb gizləndi".
C. Orucəli hərbi hissə komandirinin onları hərbi hissəyə dəvət etməsinin və məsələnin həlli ilə bağlı vəd verməsinin səs yazısını da redaksiyamıza təqdim edib.
Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam