Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Moskvada hərbi parad keçirildi-Fotolar

 

Moskvada Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümünə həsr olunmuş hərbi parad keçirilib.

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, Qızıl Meydanda keçirilən paradda Rusiya Prezidenti Vladimir Putin iştirak edib.

Paradı Rusiyanın müdafiə naziri Sergey Şoyqu qəbul edib. Bu il parada 13 min hərbçi qatılıb, Qızıl Meydandan 130 adda hərbi texnika keçib. İlk dəfə olaraq yürüşə Sovet İttifaqı Marşalı G.K.Jukov adına Hava-Kosmik Müdafiə Hərbi Akademiyasının qadın hərbçilərindən ibarət bölmə də qatılıb. Hərbi texnika Böyük Vətən müharibəsi illərinin əfsanəvi “T-34” tankının ardınca meydana çıxıb.

Bu il hava şəraiti üzündən Moskva paradında aviasiya texnikasının nümayişi ləğv olunub. Xatırladaq ki, 74 təyyarənin 150-450 metr yüksəklikdə uçuşu nəzərdə tutulmuşdu.

Rusiya Prezidenti Vladimir Putin paraddakı çıxışında Böyük Vətən müharibəsi haqqında həqiqətlərin qorunub saxlanmasının vacibliyini vurğulayaraq, bir sıra ölkələrdə tarixin bilərəkdən saxtalaşdırıldığını, nasistlərə qulluq etmiş insanların bütləşdirildiyini qeyd edib. V.Putin deyib ki, müharibə veteranları dünyanın müxtəlif ölkələrində yaşasalar da, onların qəhrəmanlığını ayırmaq mümkün deyil. Prezident arxa cəbhənin əsgərlərinin qəhrəmanlığını da vurğulayıb.

Paradda Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev də iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam