Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bu ölkədə hərbi çevriliş oldu:prezident saxlanıldı

 

Myanmada hərbçilər dövlət çevrilişi edib.

 Yenixeber.org: Xarici KİV-lər bildirir ki, ölkə prezidenti Vin Myin və faktiki hökumət başçısı hesab edilən dövlət müşaviri Aun San Su Çji saxlanılıb. Onların hərbçilər tərəfindən saxlanıldığı bildirilir. Hərbçilər ölkədə hakimiyyətin Silahlı Qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyini bəyan ediblər. Bununla yanaşı, vitse-prezident Myint Sveni müvəqqəti prezident təyin ediblər. Həmçinin, ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edilib.

Məlumata əsasən, fövqəladə vəziyyətin tətbiqinə dair bəyannamə Myin Sve tərəfindən imzalanıb.

 

Birləşmiş Ştatlar, Avstraliya və bir sıra digər ölkələr dövlət çevrilişindən, hökumətin mülki liderlərinin saxlanmasından narahatlıq bildiriblər.

Son həftələr hökumətlə ordu liderləri arasında gərginlik artmışdı. Ordu noyabr seçkisinin saxtalaşdırıldığını deyirdi.

Suu Kyi 2015-ci ildə hakimiyyətə gələndən sonra ordu siyasi və iqtisadi nüfuzunu saxlayıb. Nobel Sülh mükafatı laureatı olan Kyinin beynəlxalq mövqeyi isə hakimiyyətə gələndən sonra xeyli sarsıldı. Buna 2017-ci ildə qərbi Raxin vilayətindən yüzminlərlə Rohinca müsəlmanın didərgin düşməsi, minlərlə insanın ordu tərəfində qətlə yetirilməsi səbəb oldu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam