Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yeni -“Bayraqdar”lar sınaq uçuşlarına başlayacaq

Yeni “Bayraqdar”lar sınaq uçuşlarına başlayacaq

Dünya Türkiyənin döyüş pilotsuz təyyarələrinin Liviya, Suriya və Qarabağda gedən hərbi əməliyyatlarda oynadığı rolu müzakirə etməkdə ikən əfsanəvi "Bayraqdar TB2" PUA-larının memarı daha bir yeniliyi təqdim etməyə hazırlaşır.

Yenixeber.org: Bu dəfə "Baykar" şirkəti şaquli enib-qalxan "Bayraqdar" kəşfiyyat dronları işləyib hazırlayıb və yaxın günlərdə sınaq uçuşlarına başlayacaq.

Taktiki pilotsuz uçan aparatlar sinfinə daxil olan bu "Bayraqdar" havaya tamamilə avtonom qalxa bilir, avtomatik, yəni yerüstü idarəetmə məntəqəsi ilə əlaqəsi olmadan uçuş həyata keçirir, avtonom olaraq yerə enir və yarıavtonom rejimdə uçuş qabiliyyətinə də malikdir.

"Bayraqdar" şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatı elektrik motorlarını işə salaraq şaquli şəkildə havaya qalxır, daha sonra yanacaqla işləyən əsas mühərrikini işə salır və elektrik mühərriklərini söndürərək uçuş həyata keçirir. 12 saat fasiləsiz havada qala bilir, maksimal uçuş hündürlüyü 15 min futdur, normal uçuş hündürlüyü 9 min fut nəzərdə tutulur.

Bu pilotsuz uçan aparat üç eniş opsiyasına malikdir: şaquli eniş, gövdə üzərinə eniş və paraşütlə eniş. Məlumatları 150 kilometrə qədər məsafədən komanda mərkəzinə ötürür, qanadlarının eni 5 metr təşkil edir, 5 kiloqram faydalı yük qaldıra bilir. Hədəfi lazerlə işarələyir və lazer məsafəölçəninə malikdir.

Şaquli enib-qalxan pilotsuz təyyarələrin əsas üstünlüyü onların hər hansı hava limanı və ya uçuş meydançası olmadan istifadə edilməsi imkanıdır.

Xatırladaq ki, "Baykar" şirkəti döyüş qabiliyyəti, taktiki-texniki göstəriciləri "Bayraqdar TB2"-lərdən daha üstün olan, lazerlə hədəfə yönləndirilən 8 "ağıllı" raketlə təchiz edilmiş "Akıncı" pilotsuz təyyarələrinin də bu ildən etibarən seriya istehsalına başlayıb. (Virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam