Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənipərəst rus jurnalisti mükafatlandırılıb - Qarabağdan provakativ məlumatlar yayırdı

 

Rusiya mətbuatında və televiziyalarında ermənipərəstliyilə seçilən media mənsublarının müxtəlif vasitələrlə mükafatlandırılması və önə çəkilməsi tendensiyası davam etməkdədir.

 Yenixeber.org: Bir neçə gün əvvəl Rusiyanın Baş naziri Mixail Mişustinin mükafatlandırdığı jurnalistlər arasında Aleksandr Kots da var. 

Daha çox hərbi müxbir kimi tanınan Kots 44 günlük Qarabağ Müharibəsi dövründə münaqişə zonasından ermənipərəst mahiyyət daşıyan, separatçı rejimin maraqlarına qulluq edən reportajlar yayması ilə seçilib.

Bədnam Peqovun bir tayı olan və Qarabağa “Artsax” deyəcək qədər obyektiv jurnalistikadan uzaq, qərəzli mövqeyə malik A.Kots “qaynar nöqtələrdən hazırladığı reportajlara görə” Rusiya hökumətindən xüsusi mükafat alıb.

Təbii ki, “qaynar nöqtə” dedikdə məhz Qarabağ nəzərdə tutulur. Və belə görünür ki, Rusiya hökuməti bu cür qərəzli və qatı ermənipərəst mövqe sərgiləyən “jurnalistlər”i mükafatlandırmaqla növbəti dəfə Qarabağ münaqişəsində kimin tərəfində olmasını, eləcə də bu təxribatçı ünsürlərin Qarabağa göndərilməsində, maliyyələşdirilməsində maraqlı olduğunu açıq şəkildə ortaya qoyur.(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam