Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Ramiz Mehdiyev-AMEA-da I vitse-prezident vəzifəsi təsis edir

 

 

Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarı ilə Akademiyanın ümumi yığıncağı keçiriləcək.

Yenixeber.org: AMEA-nın akademik-katibi Əminağa Sadıqovun saytımıza verdiyi məlumata görə, iclasın gündəliyinə bir neçə məsələ daxil edilib: “Gündəlikdə dayanan əsas məsələ AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf Proqramının müzakirə olunmasıdır. Proqram müzakirə olunaraq qəbul ediləcək.

İclasda Prezident İlham Əliyev tərəfindən Akademiyanın qarşısında qoyulan tapşırıq və vəzifələr də müzakirə olunacaq. Bundan əlavə, AMEA-nın hazırkı nizamnaməsi 2014-cü, “Elm haqqında” qanun isə 2016-cı ildə qəbul olunub. Yəni, AMEA Nizamnaməsinin “Elm haqqında” qanuna uyğunlaşdırılması zərurəti də yaranıb. Nizamnamədə dəyişiklik etmək üçün bir neçə səbəb yaranıb. Nizamnamə komissiyası bununla bağlı təkliflər hazırlayıb. Həmin təkliflər ümumi yığıncaqda müzakirə olunacaq.

AMEA-da daimi fəaliyyət göstərən Nizamnamə komissiyası olub. Bu komissiyanın yenidən təşkil olunması üçün obyektiv zərurət yaranıb. İclasda bu məsələ də müzakirə ediləcək”.

Ə. Sadıqov deyib ki, iclasda müzakirə olunacaq sonuncu məsələ Akademiyanın strukturunda dəyişikliyin edilməsidir: “AMEA-nın vəzifələri kifayət qədər artıb, bu da strukturda müəyyən dəyişikliklər olunmasını zəruri edir. AMEA prezidenti tərəfindən Akademiyada 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və dəqiq elmlər üzrə) təsis olunması təklif ediləcək. Ümumi yığıncaq tərəfindən təklif qəbul edilərsə, dərhal bu vəzifələrə seçki keçiriləcək”.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam