Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

Ukrayna mediası -Əliyevin Qarabağ xəbərdarlığından yazır

Ukraynanın nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki giriş nitqində Ermənistan rəsmilərinin Dağlıq Qarabağa qanunsuz səfərinə dair xəbərdarlığını geniş işıqlandırıb.

Yenixeber.org: “İnterfax-Ukrayna” informasiya agentliyi, Segodnya.ua, Dialog.ua, Цензор.нет və digər portallarda dərc olunan məqalələrdə Prezident İlham Əliyevin çıxışına istinadla qeyd olunur ki, heç bir xarici vətəndaş ölkəmizin icazəsi olmadan Dağlıq Qarabağ ərazisinə gedə bilməz.

“Heç bir beynəlxalq təşkilat, – ancaq Qırmızı Xaç istisna olmaqla, – oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”, – deyə dövlətimizin başçısına istinadla dərc olunan məqalələrdə vurğulanıb.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam