Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Ermənistanın Gəncəyə raket hücumu -Ukrayna mətbuatında

Ermənistanın Gəncəyə raket hücumu Ukrayna mətbuatında
Ukraynanın aparıcı KİV-ləri Ermənistan silahlı qüvvələrinin Gəncənin yaşayış binalarını gecə saatlarında yenidən raket atəşinə tutması barədə materiallar yayıb.
Yenixeber.org: “RBK-Ukrayna”, “İnterfax-Ukrayna” informasiya agentliklərində, “QORDON”, “Segodnya” portallarında dərc edilən məqalələrdə, “TSN”, “Ukraina-24” telekanallarında yayımlanan reportajlarda oktyabrın 17-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında məlumatlar yer alıb.



Qeyd edilir ki, Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinin ballistik raket atəşinə tutulması nəticəsində dinc əhali arasında 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb, yaşayış binaları dağılıb.



Ukrayna mətbuatı bu məlumatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə, Fövqəladə Hallar Nazirliyinə, eləcə də Baş Prokurorluğa istinadla yayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam