Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ÜST: -Avropanın 22 ölkəsində mutasiyaya uğramış koronavirusa yoluxma qeydə alınıb

Avropanın 22 ölkəsində yeni növ koronavirusun mutasiyaya uğramış variantı olan SARS CoV-2 (VOC) aşkar olunub.

Yenixeber.org: Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin direktoru Hans Kluqe mətbuat brifinqində bildirib.

“Bütün viruslar kimi, zamanla COVID-19 virusu da dəyişdi. SARS CoV-2 (VOC) variantının potensial təsiri barədə narahatlığı anlayıram. ÜST-ün Avropa regionu üzrə ofisi virusun yeni variantını 22 ölkədə aşkar edib”, – deyə o vurğulayıb.

Hans Kluqenin sözlərinə görə, bu virus daha sürətlə yayılsa da onun insan orqanizminə daha öldürücü təsiri qeydə alınmayıb.

O qeyd edib ki, bütün yaş kateqoriyalarında SARS CoV-2 (VOC) virusuna yoluxma qeydə alınıb, uşaqlar yoluxma zamanı risk altında deyil.

Yoluxmanın daha çox Böyük Britaniya və Danimarkada qeydə alındığı bildirilib.

ÜST-ün Avropa regionu üzrə ofisinin məlumatına görə, 2020-ci ildə regionun 53 ölkəsində 26 milyondan çox insan koronavirusa yoluxub, 580 mindən çox insan bu xəstəlikdən vəfat edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam