Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PANDEMİYA YENİ VƏ QORXULU FAZASINA DAXİL OLUB -ÜST əksər ölkələrdə yoluxmanın sürətlə artdığını açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (DST) xəbərdarlıq edir ki, insanların iqtisadiyyata ziyan vuran karantin tədbirlərindən yorulduğu bir vaxtda koronavirus pandemiyası yeni və qorxulu fazasına daxil olub.

 

Yenixeber.org: DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib ki, epidemiyanın sürəti artmaqdadır və iyunun 18-də bütün dünyada 150 min yeni yoluxma baş verib. Bu, epidemiya başlanandan bəri birən yüksək göstəricidir. Yeni yoluxmaların təxminən yarısı Amerika qitəsində qeydə alınıb, habelə Yaxın Şərq və Cənubi Asiyada da yoluxmalar artıb.

Tedros deyib ki, adamlar evdə oturmaqdan yorulublar, amma virus da sürətlə yayılır. BirləşmişŞtatlar yoluxma vəölüm hallarının sayına görə hazırda dünyada birincidir. İndi koronavirus daha çox ABŞ-ın cənub ştatlarında yayılır.

Braziliya yoluxmada milyonu keçdi

Braziliya milyon yoluxmanın qeydə alındığı ikinci ölkə olub. Bu ölkədə virus böyük sürətlə yayılır. Braziliya Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, son 24 saat ərzində 54 min yeni yoluxma qeydə alınıb.

Bu indiyədək bir sutkada qeydə alınan ən yüksək göstəricidir. Bundan başqa Braziliyada artıq dalbadal dördüncü gündür ki, ölənlərin sayı 1200-dən aşağı enmir. İndiyədək bu ölkədə 49 min insan COVID-19-dan vəfat edib. İyunun 19-a olan məlumata görə koronavirusa bütün dünyada 8.5 milyon nəfər yoluxub. Onlardan 457 mini vəfat edib.

Çində virusun Avropa ştammı” qeydə alınıb

DST təsdiq edib ki, Çin ölkədə baş verən yeni epidemiya yüksəlişinin əsnasında virusa dair son genetik məlumatları bölüşüb. Pekin bildirib ki, ölkədəki son yoluxmaları törədən koronavirus Avropadakı virusun ştammıdır.

Lakin DST-nin aparıcı eksperti Mixael Ryan dərhal bildirib: “Viruslar vəştamlar bütün dünyaya yayılıb və hətta Nyu Yorkda yayılan virus da Avropa ştammıdır. Lakin bu o demək deyildir ki, virusun ilkin mənbəyi mütləq Avropa sayılmalıdır. Doktor Ryan deyib ki, son günlər Pekində baş verən yoluxma artımı ciddi tədqiq olunmalı və gətirilmə virusun belə böyük infeksiya sıçrayışı yaratmasının səbəbi öyrənilməlidir. Bununla belə Pekində gündəlik yoluxma göstəricisi iyunun 19-da sabit olaraq qalırdı.

Almaniyada rekord gündəlik yoluxma

Avropada İspaniya indiyədək baş vermiş naməlum səbəbli ölümləri araşdırıb və nəticədə rəsmi statistika rəqəminə daha 1000 ölüm əlavə olunub. Son məlumata görəİspaniyada indiyədək koronavirusdan 28,313 nəfər vəfat edib.

İyunun 19-da Almaniyada son bir ayda bir gün üçün ən böyük yoluxma rəqəmi qeydə alınıb. Son sutka ərzində bu ölkədə koronavirusa 700 nəfər yoluxub. Buna baxmayaraq əksər Avropa ölkələrində karantin məhdudiyyətləri yumşaldılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam