Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Bu qəzetlərə maliyyə yardımı göstəriləcək -SİYAHI


Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın müsabiqəli maliyyə yardımının göstərilməsinə dair müddəalarının yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına 2021-ci ilin I yarısı üçün maliyyə yardımının göstərilməsi ilə bağlı müsabiqə yekunlaşıb.

Yenixeber.org: Bu barədə Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan məlumat verilib.

Bildirilib ki, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda müəyyən edilmiş 19 sahə üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 qəzet redaksiyası tərəfindən sənəd təqdim edilib.

Qeyd olunub ki, müsabiqə qaydalarına əsasən müstəqil ekspertlər tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrinə uyğun olaraq 19 ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul olunub.

Fond tərəfindən 2021-ci ilin I yarısı ərzində aylıq maliyyə yardımı göstəriləcək ictimai-siyasi qəzetlər aşağıdakılardır:

“Səs” qəzeti, “Şərq” qəzeti, “525-ci qəzet”, “Yeni Müsavat” qəzeti, “Bakı-Xəbər” qəzeti, “Yeni Azərbaycan” qəzeti, “Novoye Vremya” qəzeti, "Azernews” qəzeti, “Xalq Cəbhəsi” qəzeti, “Hürriyyət” qəzeti, “Ədalət” qəzeti, “Həftə içi” qəzeti, “Azad Azərbaycan” qəzeti, “Türküstan” qəzeti, “Olaylar” qəzeti, “Paralel” qəzeti, “Unikal” qəzeti, “Nedelya” qəzeti və “Hərbi And” qəzeti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam