Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

HƏSƏNOVUN VƏ SƏFƏRLİNİN QƏZETLƏRİ KƏNARDA QALDI -Maliyyə yardımı alan KİV-lərin siyahısı açıqlandı

Bir qədər əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib.

Yenixeber.org: Belə ki, müsabiqə qaydalarına uyğun olaraq “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxılıb və 18 qəzet müxtəlif sahələr üzrə qalib elan olunub... Bunlar, “Yeni Azərbaycan”, “Səs”, “Şərq”, “525-ci qəzet”, “Yeni Müsavat”, “Bakı-Xəbər”, “Azernews”, “Novoye Vremya”, “Xalq Cəbhəsi”, “Hürriyyət”, “Ədalət”, “Azad Azərbaycan”, “Türküstan”, “Olaylar”, “Paralel”, “Unikal”, “Həftə içi” və “Nedelya” qəzetləridir.

Maraqlıdır ki, qəzətlərin hər birinə nə qədər vəsait ayrıldığı açıqlanmayıb. İlk dəfədir ki, hər qəzetin dövlətn nə qədər vəsait alacağı gizli saxlanılıb.

Daha bir maraqlı fakt isə ondan ibarətdir ki, siyahıda Prezidentin sabiq köməkçisi Əli Həsənovun ailəsinə və KİVDF-nin keçmiş rəhbəri Vüqar Həsənliyə məxsus qəzetlərin adları yoxdur.

Belə ki, hər il dövlətdən yüksək maliyyə yardımı alan Əli Həsənovun ailəsinə məxsus “Kaspi” qəzeti (həm rus, həm də Azərbaycan dili redaksiyaları üçün ayrılıqda pul ayrılırdı – red.) və təsisçisi Vüqar Həsənlinin oğlu olan “Mövqe” qəzeti bu dəfə siyahdan kənarda saxlanılıb. 

(AzPolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam