Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

KİVDF müsabiqə elan etdi - ŞƏRTLƏR

 Yenixeber.org: Bu barədə qurumun mətbuat katibi İlkin Nadirov məlumat verib. Məlumatda deyilir:

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin II yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.
16 iyun  2020-ci il tarixində  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının videokonfrans vasitəsi ilə iclası keçirilmişdir. İclasda 2020-ci ilin ikinci yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı  müsabiqənin elan edilməsi müzakirə edilmişdir.
Beləliklə, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 19 sahə üzrə qəzet layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır.
Müsabiqədə iştirak etmək üçün sənədlər 17 iyundan 26 iyunadək saat 10:00-dan 17:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim edilməlidir.
Ətraflı məlumatı www.kivdf.gov.az saytından əldə etmək olar.
Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə, Azərbaycan Mətbuat Evi, 3-cü mərtəbə.
Telefon: (012) 537-19-45; (012) 537-19-41

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam