Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Əsgər anaları ağlayır, nazir isə öz kefindədir-Ermənistanda

Ermənistanda matəm əhval-ruhiyyəsinə baxmayaraq, məmurlar kef məclislərindən geri qalmırlar.
Yenixeber.org: Tanınmış erməni ictimai xadim Aram Gevorqyan bununla bağlı narazılığını dilə gətirib.

O deyib: “Bilirsinizmi ki, iqtisadiyyat naziri Vaqan Kerobyan 31 dekabr gecəsi nə edirdi? Çətin ki təsəvvür edəsiniz. Amma mən deyim. O, “Monarx” restoranında ad günü və yeni il bayramını qeyd edib. Niyə ikisini bir yerdə? Axı uşağı 30 dekabrda doğulub. Bu iki xərc birləşdirildi və sonda da şəkil çəkdirdilər, sosial mediada yerləşdirdilər. Tanrı onun övladını qorusun. Uşaq günahkar deyil ki, atası heyvandır. Uşaqlarını müharibədə itirənlər bayram günü tort götürüb xiyabana getdilər və onu qəbirlərin yanına qoydular. Elə həmin vaxtda da nazir sevincək bayram tortunu kəsirdi. Dünən rektor Qaloyan da özünə restoranda ad günü keçirdi. Müharibədə iştirak etməyən insanların süfrəyə adi meyvələr qoymağa ürək etmədiyi halda bu hiyləgər və təkəbbürlü heyvanlar restoranlarda əylənirdilər".



Xatırladaq ki, erməni KİV-ləri İqtisadiyyat Universitetinin rektoru Diana Qaloyanın İrəvandakı məşhur restoranlardan birində özünə təmtəraqlı ad günü məclisi keçirməsi ilə bağlı video yaymışdılar. Onun bu əməli ciddi qınağa səbəb olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam