Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müdafiə naziri əsgər valideynlərinin suallarını cavablandırdı - FOTOLAR+VİDEO

Müdafiə naziri əsgər valideynlərinin suallarını cavablandırdı - FOTOLAR+VİDEO
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 30-da hərbi hissələrdə əsgər valideynləri və yaxınlarının, ictimaiyyət nümayəndələri və mədəniyyət işçilərinin iştirakı ilə “Açıq qapı günü” keçirilib.
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti döyüş zonasında yerləşən hərbi hissələrdən birində keçirilən “Açıq qapı günü” tədbirində iştirak edib.



Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirilən görüşdə valideynləri maraqlandıran məsələlər müzakirə olunub və onların sualları cavablandırılıb. Əsgər valideynlərini dinlədikdən sonra nazir bir sıra məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.



Nazir və digər rəhbər şəxslər əsgər yaxınları, valideynləri ilə birlikdə bayram şənliyində iştirak edib, şəxsi heyətə bayram hədiyyələri təqdim olunub.

“Açıq qapı günü”ndə hərbi hissəyə gələn vətəndaşlar hərbi hissələrdə yaradılan şəraitlə yaxından tanış olub, xidməti və inzibati binalara, əsgər yataqxanaları və yeməkxanaya baş çəkiblər.

Şəxsi heyət üçün təşkil olunan bayram konsertindən sonra Müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar edib.


















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam