Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Azərişıq” ASC ilin enerji şirkəti seçilidi-NOMİNASİYA

Bu gün dekabrın 23-də “Caspian Energy Club”un təşkil etdiyi sayca 5-ci “Caspian Business Award”ın təqdimetmə mərasimi baş tutub.

Yenixeber.org: Mərasimdə “Azərişıq” ASC “İlin Enerji Şirkəti” nominasiyasında qalib elan edilib. “Azərişıq” ümumilikdə “Caspian Energy Club”un 1500-ə qədər üzvü arasında keçirilən sorğu nəticəsində ilk pilləyə yüksəlib.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən  artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialqoların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Onlayn formatda keçirilən və dünyanın bir çox ölkəsindən 1500-ə yaxın iştirakçının qoşulduğu mükafatlandırma mərasimində çıxış edən “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə “Caspian Energy Club”un rəhbərliyinə və əməkdaşlarına təşəkkür edərək, 2020-ci il ərzində Səhmdar Cəmiyyət tərəfindən görülən işlər, aparılan islahatlar və həyata keçirilən innovativ tədbirlər haqda qısa məlumat verdi. Sonda, “Azərişıq” ASC-nin il ərzində fəaliyyətinə dair videoçarx forum iştirakçılarına təqdim olundu.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

"Azərişıq" ASC-nin mətbuat xidməti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam