Gülüş obyekti olan “hərbçi”ni Paşinyanla nə bağlayır?-FOTOFAKT

Sosial şəbəkələrin erməni seqmentində baş nazir Nikol Paşinyanla bağlı diqqət çəkən yeni bir məsələ müzakirəyə çıxarılıb.
Yenixeber.org: Müharibənin qızğın vaxtlarında Ermənistan müdafiə nazirliyinin rəsmisi Artsrun Ovanisyanın biabırçı görkəmdə açıqlama aldığı hərbçi yenidən gündəmə gəlib.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı azərbaycanlıların gülüş obyektinə çevrilməsindən sonra erməni cəmiyyətində də sözügedən şəxsin kameralar qarşısına arzuolunmaz görkəmdə çıxarılması müzakirələrə yol açmışdı. Həmin “naməlum hərbçi” indi də Paşinyanın çıxışı zamanı onun arxasında dəstəkçi rolunda peyda olub.
Ermənilər sosial şəbəkələrdə “Müharibə vaxtı ona yaxşı hərbi geyim alıb verəcəyinizi və pul ayıracağınızı deyirdiniz. Təbii, elə indi də eyni şeyi edirsiniz...” və s. bu tipli tənqidi şərhlər yazırlar.

AZ
RU