Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə prezidenti: -"2023-cü il yeni bir zəfər ili olacaq"

Türkiyə prezidenti: 2023-cü il yeni bir zəfər ili olacaq

“Ölkəmizin qarşısını kəsməyə çalışanlar, həmd olsun, indiyədək uğur qazanmadılar”.

Yenixeber.org: Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali Mərmərə avtomobil yolunun açılış mərasimində bildirib.

“Türkiyənin suverenlik haqlarını müdafiə etməkdən əsla çəkilməyəcəyik. Bunu qəbul etdirəcəyik. Təhdid, riyakarlıq və badalaqla ölkəmizi diz çökdürmək istəyənlərə buradan bəyan edirəm: sizləri məyus etməyə davam edəcəyik. Bu günlərə gətirib çıxardığımız mübarizəni qələbə qazananadək dayanmayacağıq.

Adı millət olan, əslində zillət vəziyyətinə düşmüş PKK terror qruplaşması ilə iç-içə olanlara müraciət edirəm: 2023-cü il “Cumhur İttifaqının” yeni bir zəfər ili olacaq. İnşallah, millətimizə verdiyimiz hər sözə əməl edib 2023-cü ilə alnı açıq, üz ağ çıxacağıq”, - Türkiyə prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiyalarına cavab olaraq danışıqlara və problemləri həll etməyə həmişə hazır olduqlarını da bildirib.

O, Qaziantep şəhərində özəl xəstəxanada baş verən partlayış nəticəsində 9 nəfərin öldüyünü bildirib, ölənlərə Allahdan rəhmət diləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam