Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğandan “Zəfər” açıqlaması:Türkiyə sübut etdi!

Bu gün qardaş ölkə Türkiyədə Zəfər bayramı qeyd edilir.

Yenixeber.org: Bu münasibətlə Türkiyə, Şimali Kipr Türk Respublikası və dünyanın bütün ölkələrində fəaliyyət göstərən türk diplomatik nümayəndəliklərində tədbirlər keçirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust Zəfər bayramı münasibətilə bütün türk xalqını təbrik edib. O, qurtuluş mübarizəsinin öndəri Mustafa Kamal Atatürk, mübarizədə həlak olan və yaralananların xatirəsini böyük ehtiram və hörmətlə yad etdiklərini bildirib.

Ərdoğan Türkiyənin 2023-cü ilə qədər qarşısına qoyduğu hədəflərə çatmasının təkcə öz ölkəsinin deyil, bütün regionun müqəddəratını təyin edəcəyini vurğulayıb:

“Anadolu uğrunda mübarizədə zəfər zənciri Malazgird döyüşündə qələbə ilə başladı. Növbəti qələbə isə Çanaqqalada qazanılan, sona qədər mübarizə aparmağa və bu torpaqları vətənimizə çevirməyə hazır olduğumuzu sübut edən tarixi qələbə oldu. 30 avqust zəfəri bu yolda növbəti addım idi. 15 iyul 2016-cı ildə isə türk xalqı imperialist ambisiyalara qarşı mübarizədə öz müstəqilliyi və ölkənin gələcəyini qorumaq üçün növbəti dəfə qətiyyət nümayiş etdirdi. Türkiyə əvvəl olduğu kimi, ona ümid bağlayan məzlumlara kömək etməyə davam edəcək”.

Xatırladaq ki, Türkiyə 1922-ci il avqustun 30-da Mustafa Kamal Atatürkün öndərliyi ilə öz torpaqlarını yunan işğalından azad edib. 1926-cı ildən etibarən avqustun 30-u Türkiyədə Zəfər bayramı kimi qeyd edilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam