Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Hökumət: -Qazilər avtomobillə növbədənkənar təmin olunur

Hökumət: Qazilər avtomobillə növbədənkənar təmin olunur

"Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilib. Qaydalarda reabilitasiya vasitələrinin sayı və ölçü vahidi, həmçinin istifadə, təminat, hazırlanma müddətləri, eləcədə təmiri və ya zərurət yarandıqda vaxtından əvvəl dəyişdirilməsi müddətləri və vasitələrin hansı qurumlar tərəfindən təmin edilməsi göstərilib".

Yenixeber.org: Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, qaydalar əsasən reabilitasiya vasitələrini almaq hüququ Əmək Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komissiyalarının qərarı ilə təmin olunur:

"Bütün növ reabilitasiya vasitələri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən təmin edilir, yalnız minik avtomobili Sosial Xidmətlər Agentliyi tərəfindən növbəlilik əsasında təmin edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar".

Eyni zamanda qeyd olunub ki, minik avtomobili və mühərrikli təkərli oturacağa münasibətdə dövlət hesabına əlilliyi olan şəxsin seçiminə görə yalnız ikisindən biri ilə təmin oluna bilər, əgər əlilliyi olan şəxs hər iki vasitəni almaq istəyirsə onda digər vasitəni öz vəsaiti hesabına alacaq:

"Minik avtomobili təyin olunduqda, ondan istifadə hüququ əlilliyi olan şəxsə və onunla bir məntəqədə yaşayan qohumuna verilir, amma avtomobil Əmək Nazirliyinin qeydiyyatında saxlanılır. Yalnız əlil vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətinə verilir, əgər vəfat edənin ailəsi yoxdursa həmin avtomobil (bu hal mühərrikli təkərli oturacaga da aiddir) geri götürülür və növbəlilik üzrə digər ehtiyacı olan əlillə təqdim edilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam