Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Nazirlik:Bu il əlilliyi olan şəxslərə 10 135 reabilitasiya vasitəsi verilib

 

Bu ilin yanvar-aprel aylarında əlilliyi olan şəxslər 10 135 reabilitasiya vasitəsi ilə təmin edilib.

Yenixeber.org:  Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 3 691 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 425 nəfəri ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 470 əlil arabası, 356 aşağı və yuxarı ətraf, habelə döş protezi, 389 aşağı və yuxarı ətraf ortezi, 2 273 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 91 korset, 516 cüt protez ayaqqabı, 1 925 cüt ortopedik ayaqqabı, 312 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 914 qoltuqaltı və dirsəkaltı ağac, 524 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.

Ümumilikdə, 2019-cu ilin yanvar-aprel aylarında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 10 135 reabilitasiya vasitəsi verilib, 256 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam