Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Paşinyan- qanunsuz brilyant alverində ittiham olunur

Paşinyan qanunsuz brilyant alverində ittiham olunur

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan ölkənin baş nazir Nikol Paşinyanı mafioz sistem yaratmaqda və qanunsuz brilyant ticarəti ilə məşğul olmaqda ittiham edib.

Yenixeber.org: Bu barədə Mikael Minasyan növbəti video-müraciətində bildirib.

O, Paşinyanın iki ərzində xalqı aldatdığını vurğulayıb. Sarqsyanın kürəkəni deyib ki, xalq yavaş-yavaş Paşinyanın yalan bəyanatlarını başa düşür:

“Xalq Paşinyanın şoularında iştirak etməkdən yorulub. Paşinyan konstitusiyaya dəyişikliklə bağlı keçiriləcək referendumda uduzacağını bildiyindən onun keçirilməsini təxirə saldı. Onun “köməyinə” əvvəlcə ələ saldığı koronavirus çatdı”.

Ermənistanın Vatikandakı keçmiş səfiri brilyant alveri ilə bağlı məsələyə toxunaraq, bildirib: “Brilyantı qanunsuz yolla Hindistandan gətirib, Ermənistanda 2-3 tanınmış zavoda tədarük edirlər. Orada həmin brilyantları “Ermənistanlaşdırırlar”. Onları ölkədən gömrük rüsumu ödənilmədən ixrac edirlər”.

Minasyan buna sübut olararaq bildirib ki, 2020-ci ilin birinci rübündə Ermənistan 40 mln. ABŞ dolları dəyərində brilyant ixrac edib:

“Bu qədər brilyantı emal etmək üçün 1 400 mütəxəsisə ehtiyac var. Ermənistanda isə 400-ə yaxın belə zərgər qeydiyyatdan keçib. Başqa sözlə, Ermənistandakı mütəxəssislər fiziki olaraq bu miqdarda daş-qaşı emal etmək gücündə deyillər.”.

Qeyd edək ki, Mixail Minasyan 2013-cü ildən Ermənistanın Vatikandakı səfiri vəzifəsində çalışıb. 2018-ci ilin noyabrında Vatikanda, Portuqaliyada və Maltada səfir vəzifəsindən geri çağırılıb. Ona qarşı cinayət işi başlayıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam