Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

387 jurnalist həbs olunub, 54-ü girov götürülüb-2020-ci ildə

Yenixeber.org: Dekabrın 14-də "Sərhədsiz Reportyorlar" təşkilatının (RSF) dərc etdiyi jurnalistlərlə amansız rəftar haqqında illik icmala əsasən 2020-ci ildə bütün dünyada ümumilikdə 387 jurnalist öz işinə görə həbs olunub, 54 nəfər girov götürülüb və dörd nəfər itkin düşüb.

2020-ci ilin sonuna saxlanılanların ümumi sayı ötən il olduğu kimi eynidir, baxmayaraq ki, koronavirus pandemiyası ilə əlaqədar mətbuat azadlığının pozulması hallarının və həbslərin sayı əhəmiyyətli dərəcədə artıb.

İlin sonuna həbsxanalarda jurnalistlərin sayı 2019-cu ilin sonunda olduğundan cəmi iki nəfər azdır. Bu o deməkdir ki, bütün dünyada həbsxanalarda olan jurnalistlərin sayı hələ də tarixən yüksək səviyyədədir. Onların yarıdan çoxu (61%) beş ölkədə həbsdədir. Ardıcıl olaraq ikinci ildir ki, Çin, Misir, Səudiyyə Ərəbistanı, Vyetnam və Suriya dünyanın ən iri jurnalist həbsxanaları beşliyinə daxildir.

Covid-19-un dünyada yayıldığı ilk üç ay ərzində (2020-ci ilin mart-may ayları) jurnalistlərin özbaşına həbslərinin sayı dörd dəfə artıb.

2020-ci il fevralın əvvəlindən noyabrın sonuna kimi özbaşına həbslər  qeydiyyatdan keçmiş bütün mətbuat azadlığı pozuntularının 35%-ni təşkil edib. Bununla yanaşı, jurnalistlərə qarşı fiziki zorakılıq və təhdidlər bütün pozuntuların 30% - ni təşkil edib.

“Təxminən 400 jurnalist ilin sonunda bayram tədbirlərini həbsdə, yaxınlarından uzaqda və tez-tez həyatlarını təhlükəyə məruz qoyan şəraitdə keçirməyə hazrlaşır", - RSF baş katibi Kristof Deluar deyib.

"Bu rəqəmlər pandemiyanın jurnalistikaya təsirini təsdiqləyir və bəzi jurnalistlərin həqiqəti öz azadlıqları hesabına axtarması qəbuledilməz faktdır. Onlar həmçinin təsdiq edirlər ki, repressiyalar jurnalist qadınlara rəhm etmir, onların sayı artır”.

Məhz Asiyada, Covid-19-un baş qaldırdığı və pandemiya ilə əlaqədar  daha çox mətbuat azadlığı pozuntusunun qeydə alındığı qitədə koronavirusa görə saxlanılanlar daha çoxdur.

2020-ci ilin illik icmalına əsasən hazırda bütün dünyada ən azı 54 jurnalist girov götürülüb ki, bu da ötən ildəkindən 5% azdır. Ukraynanın şərqində Donbasda Rusiyapərəst separatçılar tərəfindən saxlanılan ukraynalı jurnalist azadlığa buraxıldıqdan sonra Suriya, İraq və Yəməndə jurnalistlər hələ də girovdadır. Onların arasında 2015-ci ildən Yəməndə husilər tərəfindən saxlanılan və  aprel ayında ölüm cəzasına məhkum edilən dörd jurnalist də var. O vaxtdan bu hökmlərin icra olunub-olunmayacağı məlum deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam