Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Bu il dünyada 49 jurnalist öldürülüb, 389-u həbs edilib

Ötən illə müqayisədə 2019-cu ildə peşə borcunu yerinə yetirdiyinə görə azadlıqdan məhrum edilən jurnalistlərin sayı 12 faiz artıb.

Yenixeber.org: Bu barədə “Sərhədsiz Reportyorlar” təşkilatının 2019-cu ilin yekunları ilə bağlı hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, hazırda dünyada 389 jurnalist və media işçisi həbsdədir. Ən çox jurnalist Çin, Misir və Səudiyyə Ərəbistanında həbsdədir.

Bu ilin əvvəlindən dünyada 49 jurnalist öldürülüb. Onların çox az qismi münaqişə zonalarında qətlə yetirilib.

Jurnalistlər üçün ən təhlükəli ölkələr Suriya, Meksika, Əfqanıstan, Pakistan və Somali sayılır.

2019-cu ildə 57 jurnalist oğurlanıb. Onlardan 1-i Ukraynada, qalan qismi isə Suriya, Yəmən və İraqda yoxa çıxıb. 

Qeyd edək ki, hesabatda 2019-cu il yanvarın 1-dən dekabrın 1-dək olan dövrə aid yoxlanılmış məlumatlar toplanıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam