Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistana sanksiya tətbiq edilməsi üçün -Kanadada imza kampaniyası başladıldı


Kanadada yaşayan azərbaycanlılar, hökumətin Ermənistana qarşı sanksiya tətbiq etməsi üçün imza kampaniyası başladıb.
Yenixeber.org: İmza kampaniyası Torontoda yerləşən Azərbaycan-Kanada Mədəniyyət Mərkəzi reallaşdırıb. İmza kampaniyasının əsas məğzində Ermənistanın mülki yaşayış məntəqələrini bombalayaraq insanlığa qarşı cinayət törədilməsi dayanıb.

Azərbaycanlı Kanadalılar Mədəniyyət Mərkəzinin İctimaiyyətlə Əlaqələr şöbəsinin koordinatoru Anar Cahangirli məsələ ilə bağlı açıqlamasında bildirib:
"Mərkəzimiz dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi müharibə cinayətlərinə yönəltmək üçün bir imza kampaniyası başladıb. Ermənistan, Azərbaycan şəhərlərindən Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Qəbələ kimi digər mülki yaşayış məntəqələrini bombalamağa davam edir. Gəncədəki hücum 2-si körpə uşaq olmaqla 15 vətəndaşın ölümü ilə nəticələnib. Ermənistanın mülki insanlara hücumu insanlığa qarşı bir cinayətdir. Buna görə də Kanada hökumətini Ermənistana sanksiyalar tətbiq etməyə çağırırıq. Ermənistanın hərbi cinayətlərini Kanada cəmiyyətinin diqqətinə çatdırmağa davam edəcəyik”.
İmza kampanyasında xeyli sayda insan iştirak edib. Kampaniyaya türklərlə yanaşı kanadalılar da dəstək verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam